Rüfət Nasosnunun verilişi bağlandı
11 mart 2026 13:45 (UTC +04:00)

Rüfət Nasosnunun verilişi bağlandı

1

Meyxanaçı Rüfət Kərimovun (Nasosnu) "Kanal S"də yayımlanan verilişi dayandırılıb.

Lent.az xəbər verir ki, bu yaxınlarda "Kanal S" telekanalında yayımlanmağa başlayan "Evdən-evə" layihəsi dayandırılıb.

Bu barədə meyxanaçınnı tanışı Ayxan Məmmədli sosial şəbəkədə məlumat verib: "Hörmətli izləyicilər, məlumat üçün bildiririk ki, "Evdən-Evə" televiziya layihəsinin yayımı dayandırılıb. Veriliş aparıcı Rüfət Nasosnunun təqdimatında yayımlanırdı. Layihənin ərsəyə gəlməsində əməyi olan bütün əməkdaşlara təşəkkür edir, hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayırıq". 

Qeyd edək ki, ötən günlərdə o, jurnalist vəsiqəsinin fotosunu paylaşmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 476

Oxşar yazılar