Nəsrin Cavadzadədən estetik iddialarına  sərt reaksiya -  VİDEO
04 iyun 2026 09:37 (UTC +04:00)

Nəsrin Cavadzadədən estetik iddialarına sərt reaksiya - VİDEO

0

Nəsrin Cavadzadə botoks iddialarına sərt reaksiya verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa üzündə estetik müdaxilə olmadığını bildirib. Sosial mediada ona “botoksdan gözünüz və qaşınız görünmür” kimi şərhlər yazıldıqdan sonra aktrisa mimikalarını göstərdiyi video paylaşaraq tənqidlərə cavab verib. O, videoda alnını qırışdırıb qaşlarını rahat hərəkət etdirərək bunları deyib:

“Şərhlərinizi oxuyuram. Botoksa ilişib qalmısınız. Həyatınızda belə hərəkət edə bilən botoks görmüsünüz? Siz yəqin ki, sağlam qidalanmağı, yaxşı yatmağı və xoşbəxtliyi botoks hesab edirsiniz".

Cavadzadə bildirib ki, qaşlarının fərqli görünməsi estetik əməliyyat və ya inyeksiya ilə bağlı deyil. Bunun səbəbi sadəcə müvəqqəti kosmetik prosedur olan “qaş laminasiyası”dır. O, əvvəlcə özü də bu görünüşü qəribə qarşıladığını qeyd edib.

Aktrisa daha sonra qadınların yaşına və görünüşünə görə tez-tez tənqid olunmasına toxunaraq belə deyib:

“Yəqin ki, siz bu yaşda bir qadının bu qədər fresh (təravətli), təbii və enerjili görünməsinə alışmamısınız. Mən öz halımdan çox razıyam".

Bu paylaşım sosial mediada geniş müzakirə yaradıb. İstifadəçilərin bir qismi onu müdafiə edərək qadınların görünüşünə görə davamlı mühakimə olunmasını tənqid edib, digər qismi isə estetik mövzusu ilə bağlı mübahisələri davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar