Azərbaycanlı şairə Nazilə Səfərli oğlu Nurlana toy edəcək.
Lent.az-ın məlumatına görə, şairə bildirib ki, artıq övladının nikahı olub:
"Xoşbəxt olun Nurlan və Nuranə. 2022-ci il mayın 1-i sizin üçün əlamətdar oldu. Kəbininiz, həm rəsmi nikahnınız eyni gündə. Yeni yuvanıza Allah bərəkət versin. Sağ əliniz subayların başına".
Nurlanın toyu mayın 9-da - Qələbə günündə olacaq.
Qeyd edək ki, şairə ötən ay proqramların birində gəlininin məmur olduğunu açıqlamışdı.