Amerikalı aktrisa və italyan əsilli model Culiya Foks Kanadanın MAC kosmetika brendinin reklamı üçün açıq-saçıq obrazda çəkilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 34 yaşlı məşhur brendin dodaq boyalarını təqdim edib. Nəticədə çəkilmiş kadrlardan birində o, metro vaqonunda tamamilə çılpaq dayanaraq və tutacaqdan tutaraq poza verib.
Modelin sarı saçları retro üslubda qıvrılmış saç düzümünə çevrilib və göstərilən pomada ilə makiyaj edilib. Sənətçi ağarmış qaşları, uzadılmış kirpikləri və uzun dırnaqlarını da nümayiş etdirib.