Maykl Ceksonun çirkli corabları  9 min dollara satıldı
05 avqust 2025 10:16 (UTC +04:00)

Maykl Ceksonun çirkli corabları 9 min dollara satıldı

Pop kralı Maykl Ceksona məxsus ağ qaya bülluru il bəzədilmiş corabları Fransanın cənubunda keçirilən hərracda 7688 avroya (təxminən 8911 dollar) satılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hərracçı Auror İllinin dediyinə görə, corab Ceksonun 1997-ci ildə HIStory dünya turu zamanı Nim şəhərindəki konsertindən sonra kulis texniki tərəfindən tapılıb. 

Hərrac evi 3000 avrodan 4000 avroya qədər pul yığacağını gözləyib, lakin pərəstişkarların marağı gözləntiləri üstələyib.

Bu corab Ceksona aid nadir əşyalara yüksək tələbatın daha bir nümunəsidir. 2009-cu ildə onun məşhur parıltılı əlcəyi 350.000 dollara, 2023-cü ildə isə fedora şapkası 80.000 dollardan çox qiymətə satılıb.

Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar