Kayahanın qızından Nilüferə şok İTTİHAM:  "Atamla münasibətinizi öyrənəndə  8 yaşım var idi!"
01 iyun 2026 18:54 (UTC +04:00)

Kayahanın qızından Nilüferə şok İTTİHAM: "Atamla münasibətinizi öyrənəndə 8 yaşım var idi!"

0

Türkiyə pop musiqisinin unudulmaz sənətkarı, mərhum Kayahanın qızı Beste Açar ilə məşhur müğənni Nilüfər arasında illərdir davam edən müəllif  hüquqları ilə bağlı qarşıdurma yeni müstəviyə qədəm qoyub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Nilüfərin yeni mahnı hazırlığında olduğunu elan etməsindən hiddətlənən Beste Açar, sosial media hesabından həm usta sənətçini hədəf alıb, həm də keçmişə dair sarsıdıcı iddialar səsləndirib.

Beste Açar uşaqlıq illərində yaşadıqlarını bədii və kəskin dillə ifadə edərək gizli qalan məqamlara toxunub: "Atamla aranızdakı münasibəti öyrənəndə 8 yaşım vardı, bu, bizim üçün ilk şok idi. Yalova Termal Otelindəki konsert gününü desəm, yəqin ki, xatırlayarsan. Biz anamla o günü heç vaxt unutmadıq".

Mərhum sənətkarın arxivdə qalan və indiyədək heç yerdə səslənməyən əsərlərini musiqi dünyasına qazandırmaq üçün uzun müddətdir mübarizə apardığını deyən Açar, vaxtilə bu mahnıları məhz Nilüfərin ifa etməsini arzuladığını, lakin böyük məyusluq yaşadığını bildirib.

O, həm Nilüfəri, həm də Kayahanın sonradan həyatına girən digər qadını - keçmiş ögey anası İpək Açarı müəllif hüquqlarını qanunsuz şəkildə mənimsəməkdə ittiham edib: "Atamın həyatına girən iki qadının birləşib onun öz doğma qızına müharibə elan etməsi tam bir rəzalətdir. Bəzi əsərlərin hüquqları qanunsuz yollarla dövriyyəyə buraxılıb".

Beste Açar susmaq dövrünün bitdiyini və məsələni rəsmi olaraq hüquqi müstəviyə daşıyacağını bəyan edərək qarşı tərəfə meydan oxuyub: "Vəkilim artıq sabah hansı addımları atacağımızı bilir. Susmaq insana ancaq itki gətirir, indi danışmaq zamanıdır. Bundan sonrasını artıq ikiniz düşünün".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar