Hadisə dələduzluğa məruz qaldı - Şikayətçi oldu
13 avqust 2025 17:58 (UTC +04:00)

Hadisə dələduzluğa məruz qaldı - Şikayətçi oldu

Hadisə, saxta elektron imza istifadə edərək onun əmlakını ələ keçirməyə çalışan İbrahim Aykut Büyümüşten-dən şikayətçi olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə saxta elektron imzadan istifadə edərək əmlakını ələ keçirməyə cəhd edən İbrahim Aykut Büyümüşten haqqında şikayət edib. Böyükmüşten də saxta etibarnamə ilə Nusret Gökçenin hesabına daxil olub.
Daha sonra saxta yolla elektron imzadan keçirərək saxta məhkəmə qərarı tərtib edib. Bu sənədlə özünü Hadisənin qəyyumu kimi göstərərək müğənninin bank hesabları və daşınmaz əmlakı üzərində sərəncam hüququ əldə etməyə çalışıb. Bank işçiləri vəziyyəti fərq edərək məsələni hüquq-mühafizə orqanlarına çatdırıblar. Hadisənin vəkili Orhan Erol Müezzinoğlu isə “Hadisə xanım bir şəbəkənin qurbanı olub” deyə açıqlama verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar