"Ən ağılsız qadın, xəyanəti bağışlamayandı" - Əməkdar artist  - VİDEO
19 aprel 2022 17:22 (UTC +04:00)

"Ən ağılsız qadın, xəyanəti bağışlamayandı" - Əməkdar artist - VİDEO

Əməkdar artist Nigar Şabanova xəyanət mövzusundan danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, xəyanəti bağışlayar?

“Xəyanəti bağışlayaram. Səhvsiz insan yoxdur. 100-də 1-2 faiz kişi xəyanət etmir. Dünya belə yaranıb. Bu günə aid deyil bu. O vaxt dörd qadın alırdılar. Amma indi bəylər xanımlardan qorxurlar, gizlin-gizlin edirlər. Ən ağılsız qadın, xəyanət üçün ailəsini dağıdan qadınlardır. Sabah o kiminsə xəyanət yeri olacaq. Arı-həyası olan qadın xəyanəti keçməlidir. Ailəni qurub qorumaq, asan iş deyil. Niyə valideynlərimizin ailəsi dağılmayıb? Onlar əziyyət çəkməyib? Mənim anamın çəkdiyi əziyyətləri desəm... Atam tərəfdən yox, onun düşdüyü ocaqda yaşadıqlarını desəm, dəhşətə gələrsiz. Tək anam yox, ümumiyyətlə o yaşda olan qadınların yaşadıqlarını desəm, hər kəs dözməz. Niyə o vaxt boşanma çox deyildi? Çünki xanımlar mübarizə aparırdı. Boşanmaq bu qədərmi asan bir işdi? Biri deyir xasiyyətim tutmadı, digəri başqa bəhanə gətirir. Tək kişilərin tərəfində deyiləm. Onun tərəfdarı deyiləm ki, kişi xanımı əzsin, xanımının gözü görə-görə nəsə etsin. Bunlar yol verilməzdir”. 

Qeyd edək ki, N.Şabanova hərbçi ilə ailə qurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6036
avatar

Yalçın UĞUR

Oxşar yazılar