Cennifer Lopesin keçmiş əri: "Mənə xəyanət etdi"
20 oktyabr 2025 19:59 (UTC +04:00)

Cennifer Lopesin keçmiş əri: "Mənə xəyanət etdi"

0

Cennifer Lopes keçmiş ərlərinin “sevgisizliyi” barədə danışdığı vaxt, onun ilk əri Ojani Noa hadisələrlə bağlı açıqlama verib.

Lent.az  xarici mediaya istinadla xəbər verir ki, 51 yaşlı fitnes-məşqçi və prodüser, Lopeslə 1997–1998-ci illərdə evli olmuş Noa "Instagram"da keçmiş həyat yoldaşına emosional müraciət yazıb: “Qurban rolunu oynamağa və bizi alçaltmağa son qoy. Problem nə məndədir, nə də bizdə - problem səndədir”.

Noanın sözlərinə görə, məhz müğənni onların birliyini dağıdıb - “ailə əvəzinə şöhrəti və pulu seçərək”. “Özünü cilovlaya bilmədin. Səndə çox ‘məhəbbət’ olub - dörd nikah və onların arasında saysız-hesabsız münasibətlər. Axı yaxşı münasibətlərin də vardı. Məsələn, mənimlə”, - o yazıb.

Keçmiş həyat yoldaşı iddia edir ki, Lopesin karyerasını dəstəkləmək üçün o, işini, ailəsini atıb başqa ştata köçüb. “Mən dürüst idim, sadiq idim, heç vaxt yalan danışmadım və xəyanət etmədim. Mən sənin üçün həddindən artıq yaxşı kişi idim”, - Noa vurğulayıb.

O əlavə edib ki, Lopes “yalan danışmasına və xəyanət etməsinə” baxmayaraq, nikahı qorumaq üçün çalışıb.

“Sən heç olmasa bir dəfə həqiqəti de. İnsanlar bilməlidir, əsl problem kimdir. Sən utanmalısan”, - o, müraciətini yekunlaşdırıb.

Noanın emosional paylaşımı Lopesin "The Howard Stern Show"dakı müsahibəsindən sonra yayımlanıb. 56 yaşlı ulduz həmin müsahibədə bildirib ki, keçmiş tərəfdaşlarından heç biri ilə “özünü həqiqətən sevilmiş hiss etməyib”.

“Mən başa düşdüm ki, məsələ mənim sevgiyə layiq olmamağımda deyil. Sadəcə onlar sevgi verməyi bacarmırdılar”, - müğənni bildirib.

Noa isə buna başqa cür baxır: o, hələ 2024-cü ildə iddia etmişdi ki, onların nikahı reper Şon “Diddy” Kombsla əlaqə səbəbilə dağılıb. Lopes boşandıqdan dərhal sonra onunla münasibətə başlamışdı.

“Sony ona ilk albomu On The 6 üçün milyonlar verdikdən sonra həyatına Puff Daddy daxil oldu - və yalanlar, ayrılıqlar bundan sonra başlandı”, - o xatırlayıb.

Xatırladaq ki, Cennifer Lopes dörd dəfə ailə qurub - Ojani Noa, rəqqas Kris Cadd, müğənni Mark Entoni (ondan 17 yaşlı əkizləri Maks və Emmi var) və aktyor Ben Afflek ilə. Afflek ilə o, 2025-ci ildə ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar