Amerikalı müğənni və aktrisa Cennifer Lopez açıq-saçıq geyimdə ictimaiyyət qarşısına çıxıb
Lent.az xəbər verir ki, müvafiq şəkillər "Page Six" nəşrində yayımlanıb.
54 yaşlı müğənni "This Is Me Now: A Love Story" filminin qala gecəsinə lüks brend Zuhair Muradın paltarı ilə gəlib.
Məşhur dərin dekolteli, şəffaf ətəyi məxmər libasda xalça üzərində fotosessiyaya etdirib. O, görünüşünü "Van Cleef & Arpels"in zinət əşyaları ilə tamamlayıb.