Arvadına görə  kinoya çəkilmirdi, baş rolda oynayacaq
17 fevral 2024 13:26 (UTC +04:00)

Arvadına görə kinoya çəkilmirdi, baş rolda oynayacaq

Amerikalı aktyor Uill Smit 2022-ci ildə “Oskar” mərasimində yaşanan qalmaqala görə karyerasına fasilə verdikdən sonra yeni rol alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki. Smit Çak Hoqanın “Sürgündəki Devils” kitabı əsasında çəkilmiş “Şəkər quldurları” adlı döyüş filmində rol alacaq. Aktyor əsas rolda təqaüdə çıxmış İraq müharibəsi veteranını oynayacaq. Filmin ssenari müəllifi və rejissoru Çak Hoqandır.

2022-ci ilin martında “Oskar” mərasimi zamanı aparıcı Kris Rok Smitin arvadının saçları ilə bağlı uğursuz zarafat edib, bundan sonra aktyor səhnəyə çıxaraq, şoumeni vurub. Bu hadisədən sonra Smitə uzun müddət rol dəvəti gəlməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar