Ancelina Coli Bred Pittlə boşandıqdan sonra sərvəti 80 milyon dollar artıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyorlar evlənməzdən əvvəl nikah müqaviləsi imzalayıblar və boşanma halında evlilikdən əvvəl sahib olduqları sərvəti qoruyacaqları, ümumi əmlakı isə yarıbayarı böləcəkləri barədə razılığa gəliblər.
Bununla belə, ayrılıq Coli üçün sərfəli olub. Məsələn, 2018-ci ildə Bred keçmiş həyat yoldaşına hazırda yaşadığı Los-Ancelesdəki malikanəni almaq üçün 8 milyon dollar borc verib. Ancelina bu borcu yaxın həftələrdə tam ödəməyi planlaşdırır.
Bundan əlavə, 2021-ci ildə aktrisa Uinston Çörçillin çəkdiyi bir tablonu Krisatisbn hərracında 11,5 milyon dollara satıb. “Kutubiyyə məscidinin qülləsi” adlı tablo Bredin hədiyyəsi olub və İkinci Dünya Müharibəsi dövründə Çörçillin çəkdiyi yeganə əsər hesab edilir.
Lakin Colinin ən böyük qazancı 2021-ci ildə olub. O, Provansdakı Miraval şatosundakı payının yarısını rusiyalı milyarder Yuri Şeflerə və onun Tenute del Mondo şirkətinə 64 milyon dollara satıb.
Qeyd etmək lazımdır ki, Bred Ancelinanın bu qərarı ilə razılaşmayıb. Keçmiş ər-arvad arasında əvvəllər ortaq biznes olan bu mülk üzündən məhkəmə mübahisəsi hələ də davam edir.