"Ananızla necə tanış oldum" serialında rol alan amerikalı aktyor Nik Paskual keçmiş sevgilisi, vizajist Elli Şihorna qarşı vəhşicəsinə hücumda ittiham olunaraq ağır cəza alıb.
Lent.az-ın xəbərinə görə, son bir il ərzində Amerika mediasının diqqətini cəlb edən yüksək səviyyəli cinayət hadisəsi nəhayət məhkəmədə öz nəticəsini tapıb. Aktyor Hollivud makiyaj ustasına hücum etdikdən sonra bir neçə ağır cinayətdə günahkar bilinib. Məlumata görə, məhkəmə onun hərəkətlərinin əvvəlcədən planlaşdırıldığını və zərərçəkmişin həyatı üçün ciddi təhlükə yaratdığını müəyyən edib.

Buna görə də aktyor ya ən azı 32 il həbs cəzası çəkəcək, ya da ömürlük həbsdə qalacaq. O, əvvəllər də evə oğurluq və partnyoruna qarşı hücumda təqsirli bilinib.
Müstəntiqlər müəyyən ediblər ki, 2024-cü ilin may ayında Paskual Elli Şihornun Los-Ancelesdəki evinə girib və ona 20-dən çox bıçaq zərbəsi endirib.
![]()
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi ağır vəziyyətdə aşkar ediblər. İstintaq zamanı həmçinin məlum olub ki, Şihorn hücumdan əvvəl məişət zorakılığına görə hüquqi müdafiə tələb edib. Bundan əlavə, aktyor əvvəlki hadisədən sonra saxlanılıb, lakin qanlı hücumdan bir neçə gün əvvəl 50.000 dollar girov müqabilində azadlığa buraxılıb.
![]()
Məhkəmə prosesi zamanı Elli Şihorn məhkəmə zalında şəxsən ifadə verib. Onun bədənində çapıqlar olub və bu da hücumun vəhşiliyini göstərir. Onun ifadəsi son hökmdə həlledici rol oynayıb.
"Mən qapını bağladım və o, yumruqları ilə qapını deşik-deşik etməyə başladı və sonda qapını sındırdı. Mən sadəcə tualetə qaçdım, çünki həmin qapıda başqa bir kilid olduğunu düşündüm", - Ellii məhkəmədə deyib.