Azərbaycan əsilli məşhur prodüsser Acun Ilıcalı aktrisa Məryəm Üzərliyə birgə çalışmaq təklif edib.
Lent.az yerli mətbuata istinadən bildirir ki, bu haqda aktrisa jurnalistlərə açıqlamasında məlumat verib.
"Acun ilə görüşümüz oldu. O, yaxın dostumdur. Layihələrin birində birgə çalışa bilərik”, - deyib.
Qeyd edək ki, Acun Ilıcalı "Muhteşem Yüzyıl" serialından ayrıldıqdan sonra aktrisaya "Yetenek sizsiniz” və " Rising Star" kimi yarışlarda münsif olmağı təklif etsə də, Üzərlini razı sala bilməmişdi.