5 il həbs cəzası istənilən  Acun Ilıcalı ilə bağlı qərar
02 iyun 2026 16:33 (UTC +04:00)

5 il həbs cəzası istənilən Acun Ilıcalı ilə bağlı qərar

0

Sahibi olduğu televiziya kanalı və rəqəmsal platformada yayımlanan bəzi futbol oyunlarında qanunsuz mərc reklamlarının yer aldığı iddiası ilə haqqında 5 il 3 aya qədər həbs cəzası istənilən tanınmış televiziyaçı Acun Ilıcalı və daha 7 kanal rəhbəri barəsində baxılan iş üzrə qərar açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən prosesdə Acun Ilıcalı və digər təqsirləndirilən şəxslər bəraət alıblar.

“Qanunsuz mərc reklamı vasitəsilə insanları təşviq etmək” ittihamı ilə Acun Ilıcalı və ona məxsus televiziya kanalı, eləcə də rəqəmsal platformanın rəhbərləri haqqında aparılan istintaq nəticəsində hazırlanan ittiham aktında, aralarında Ilıcalının da olduğu 8 nəfərin 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası alması tələb olunurdu.

Məhkəmə Acun Ilıcalı və kanal rəhbəri olan digər 7 nəfərin bəraət almasına qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar