2020-ci ilin rəngi olan kslassik mavi tonu evin hansı hissələrində istifadə edə bilərik?
Lent.az Türkiyə mətbuatına istinadən sizin üçün klassik maviyə yer ayıra biləcəyiniz sahələri və aksesuarları təqdim edir:
Mətbəx masası dəsti
Mətbəxinizə rəng qatmaq istəyirsinizsə, ilin rəngi seçilən klassik mavi tonlarında olan stullar seçə bilərsiniz. Bu rəngin yanında isə yüngül tonları istifadə etmək olar. Beləliklə, mətbəxiniz təmiz, geniş, sakit və hüzurlu görünəcəkdir.
Məxmər yastıqlar
Evinizdə klassik mavi məxməri yastıqlardan oturacağlarda istifad edə bilərsiniz.
Şamdan
Klassik mavi şamdanlardan istifadə edərək evinizdə xoş enerji yarada bilərsiniz.
Xalça
Evinizin dekorasiyasını tamamlayan və qışda isti bir atmosfer yaradan xalça seçərkən klassik mavi tonlara üstünlük verməyiniz məsləhətdir.
Dekorasiya
Qonaq otağınızı dekorasiyya edərkən mavi rənglərə üstünlük verə bilərsiz.
Mətbəx qablar
Həm dekorativ olaraq, həm də yemək yeyərkən zövq ala bilmək üçün yemək qablarınızı mavi rəngdə seçə bilərsiniz.
Demək olar ki, bütün otaqlarda lazım olan pərdələr 2020-ci ildə də trend olacaq. Klassik mavi ton pərdələr demək olar ki, bir çox dekorasiyya ilə uyğunlaşır.
Vazolar
Aksesuar seçimində də mavi tonlara üstünlük vermək olar. Xüsusən də mavi tonlarda seçilən vazoları evinizə daha moderin bir görünüş qatacaq.
Aboylar
Nəhayət, daha müasir bir dizayn əldə etmək üçün, bir otağınızda klassik mavi tonlarda olan divar kağızından istifadə edə bilərsiniz.