Zirincli toyuq salatı: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
28 dekabr 2019 11:40 (UTC +04:00)

Zirincli toyuq salatı: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla Zirincli toyuq salatının hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Toyuğun döş əti, zirinc, qoz, moyanez, xama, sarımsaq, duz, istiot.

Hazırlanması:

Toyuğun döş ətini suda qaynadırıq. Sonra qozu doğrayırıq, toyuğun döş ətini didirik, sarımsağı əzirik və zirinci yuyub quruduruq. Sonra bir qab götürüb ərzaqları, duzu, istiotu əlavə edib yaxşıca qarışdırıq. Sonra xama ilə moyanezi əlavə edib, qarışdırıb zövqə görə bəzəyirik. 

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959

Oxşar yazılar