Ev dekorasiyaları da moda kimi hər il yenilənir. Ancaq bəzi dizaynlar var ki, onları evinizdə uzun müddət saxlaya bilərsiniz. Lent.az Türkiyə mətbuatına istinadən həmin dizayn detallarını təqdim edir:
Duş otaqları
Evdə ayrı-ayrı duş və hamam olması daha çox rahatlıq təmin edir. Geniş duş otaqları indi yeni tendensiyalar arasındadır.
Bitkilərin istifadəsi
Bitkilərlə otağınızı daha da rəngləndirə, canlandıra bilərsiniz. Otağınızdakı bitkiləri istifadə edəcəyiniz yerə uyğunlaşdıraraq əlavə vaxt sərf etməkdən qurtulacaqsınız.
Klassik tonlar
Rənglərə gəldikdə isə divarları əsasən, boz və göy rəngli çalarlarda bəzəməyə üstünlük vermək məsləhətdir.