Üzün formasına görə ənlik necə istifadə edilməlidir?
01 dekabr 2019 17:47 (UTC +04:00)

Üzün formasına görə ənlik necə istifadə edilməlidir?

Hər üz forması və dəri tipinə uyğun fərqli ənliklər istifadə olunur.  Vizajistlər ənliyi makiyajı tamamlayan ən praktik məhsul olduğunu düşünürlər. Üzə təbii parıltı və canlılıq verən ənliklər üz quruluşuna düzgün tətbiq edilməlidir. 

Lent.az xarici mətbuata istinadən üz şəklinizə uyğun ənlik istifadə etməyin yollarını açıqlayır:

1. Oval və düzbucaqlı üzə sahib qadınlar üzlərinə ənlik və ya bronzer istifadə edərkən, qulaq xəttinə qədər nazik və yüngül tətbiq edərək üzlərinə incə görünüş bəxş edə bilərlər.  

2.  Dəyirmi üz quruluşuna sahib olanlar isə ənlikdən bronzer kimi deyil, daha dərin istifadə etməlidirlər.

3. Kvadrat və ürək üz formaları olanlar, almacıq sümüklərindən başlayaraq, aşağı yanaqlara tərəf ənliyi çəkə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076

Oxşar yazılar