Trend olacaq gəlinlik aksessuarları- FOTOLENT
27 dekabr 2019 14:23 (UTC +04:00)

Trend olacaq gəlinlik aksessuarları- FOTOLENT

Artıq 2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Bu il gəlinlik libaslarında da trend olacaq detallar da müəyyən edilib.

Lent.az Türkiyə mətbuatına istinadən  2020-ci ildə dəbdə olacaq gəlinlik paltarınıza uyğun, maraqlı detalları və aksessuarları təqdim edir:

Gəlinlikdə lələk detalı 

Lələk detalı gələn ilin gəlinlik dəbində üstünlük təşkil edəcək. Bu detal təkcə geyimdə deyil, eyni zamanda ayaqqabılarda və aksessuarlarda da özünü göstərəcək.

Çəhrayı tonlar

Toy geyimlərindəki çəhrayı tonlar paltara romantik bir görünüş bəxş edəcək. Çəhrayı rəng tonlarından geyimlərdə, aksessuarlarda həm də gəlin buketlərində istifadə olunacaq. 

Krujeva detalı

Gəlinlik paltarlarında ən çox istifadə olunan detallardan biri də krujevadır. Bu detal da həm geyimlərdə, həm də ayaqqabılarda çox istifadə ediləcək. Krujeva geyimlərə xüsusi gözəllik və romantika verən bir detaldır.

 

# 1554
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar