Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Mətbəx Sirləri” adı ilə məşhur olan səhifəyə istinadla sobada balıq hazırlanması ilə tanış edəcəyik.
Ərzaqlar:
Balıq, duz, istiot, soğan, cəfəri, nar.
Hazırlanma qaydası:
Balığı yuyub təmizləyirik, üzərinə kəsiklər atırıq. Sonra hər tərəfinə duz, istiot vururuq. Sonra içlik hazırlamaq üçün qab götürüb soğanı yarımhalqa formasında nazik doğrayırıq. Cəfəri, nar əlavə edib qarışdırırıq. Daha sonra içliyi balığın içinə yerləşdiririk. Yağlı kağıza büküb sobada 160 dərəcədə 1,5 saat bişiririk.
Nuş olsun!