Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla şirin topların necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Qoz, peçenye, qatılaşdırılmış süd, kərə yağı, kakos, şokolad, vanil
Hazırlanması:
Qozu və peçenyeni doğrayıb qaba əlavə edirik. Qatılaşdırılmış südü, vanili və yağı əlavə edib qarışdırırıq. 10-15 dəqiqə saxlayıb yumrulayırıq. Şokoladı əridib yumruladığımız şirniyyatın bir hissəsini şokolada, qalanını isə kokosa salırıq. 1 saat soyuducuda saxladıqdan sonra servis edirik.
Nuş olsun!