Artıq 2020-ci ildəyik. Siz hələ də bu ilin trendinə uyğun evinizi dizayn etdirməmsinizsə, mütəxəssislərin sizə təqdim etdiyi fikirləri nəzərə ala bilərsiniz.
Lent.az Türkiyə mətbuatına istinadən 2020-ci il üçün sınamağınız məsləhət görülən bəzi dizayn detallarını təqdim edir:
Həndəsi formada rənglər
2020-ci ilin ev tendensiyaları arasına mücərrəd və həndəsi dizaynlar daxildir. Xüsusilə divarlarda həndəsi rənglərə çox vaxt rast gəlinir. Bu dizaynı evinizin divarına tətbiq edə bilərsiniz.
Qat-qat olan bitkilər
Evinizin künc hissəsinə qat-qat olan bitkilər yerləşdirin. Orta böyük və kiçik ölçüdə sırayla düzülmüş bitkilər bu ilin trendləri arasındadır.
Xalça
Bütün otağı örtəcək böyük xalçalar da bu ilin tendensiyasıdır. Belə xalçalar evdə səsin yayılmasının da qarşısını alır.
Divarda qoyulan rəflər
Betondan düzələn rəflər artıq xeyli müddətdir dəbdədir. Bu il də daşdan hörülən rəflər trend olacaq.
Vanna otağı dizaynı
2020-ci ilin son tendensiyası olaraq, vanna otağı üçün nəzərdə tutulan bir-birini tamamlayan aksesuarlar dəbdədir. Ayrı-ayrı dizayn etmək əvəzinə, bütün lazımlı vasitələri birləşdirmək vanna otağından istifadə etməyi daha da asanlaşdıracaq.