Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla qozlu piroqun necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Xəmiri üçün: 3 yumurta 120 qram şəkər tozu, 100 qram kərə yağı, 200 qram xama, 250 qram un, 1 paket vanil, 1 paket qabartma tozu.
İçlik üçün: 1,5 stəkan qoz, fındıq ləpəsi, 60 qram kərə yağı, 1 paket vanil, 1 xörək qaşığı kakao, 200 qram şəkər tozu.
Üzəri üçün, qatılaşdırılmış süd, qoz.
Hazırlanması:
Öncə qaba qoz, fındıq ləpəsi, kakao, şəkər tozu, vanil və əritdiyimiz kərə yağını əlavə edib qarışdırırıq. İçliyi kənarda saxlayıb xəmiri hazırlayırıq. Bunun üçün qaba yumurta, şəkər tozu, yağ və xama əlavə edib yaxşıca çalırıq. Un, qabartma tozu, vanil əlavə edib qarışdırırıq. Xəmir hazır olduqdan sonra soba listinə yağlı kağız yerləşdirib, üzərinə xəmirin yarısını tökür və içlik əlavə edirik. Xəmirin qalan hissəsini də əlavə edib sobaya yerləşdiririk. Piroq bişdikdən sonra üzərini qatılaşdırılmış süd və qoz qırıqları ilə bəzəyib servis edirik.
Nuş olsun!