Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla pəhriz saxlayanlar üçün piroq resepti ilə tanış edəcəyik.
Tərkibi:
Yumurta, pəhriz üçün kəsmik, vanil, qabartma tozu, qarğıdalı nişastası, bal.
Hazırlanması:
Öncə bir qabda balı, kəsmiyi və nişastanı blenderlə qarışdırırıq. Digər qabda isə yumurtanı, qabartma tozunu və vanili birlikdə qarışdırıb çalırıq. Sonra kəsmiklə yumurtanı birlikdə qarışdırıb sobaya yerləşdiririk. Pəhriz piroqumuz hazır olanda sobadan çıxarıb kənarda soyuduruq. Sonra servis edirik.
Nuş olsun!