Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Mətbəx Sirləri” adı ilə məşhur olan səhifəyə istinadla bilinçikli ruletin necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Blinçik: 300 millitr süd, 1 yumurta, 1 çay qaşığı qabartma tozu, 1 xörək qaşığı qarğıdalı nişastası, 2 xörək qaşığı kakao, apardığı qədər yulaf unu və 3 ədəd kivi.
Kremi üçün: 2 xörək qaşığı qarğıdalı nişastası, 2 stəkan süd. 1 vanil.
Hazırlanması:
Öncə qaba südü tökürük, üzərinə isə yumurtaları əlavə edib mikserlə çalırıq. Sonra unu, qarğıdalı nişastasını, qabartma tozunu və kakaonu əlavə edib qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra tavaya əlavə edib listləri bişiririk. Digər qaba isə qarğıdalı nişastasını, südü, və vanili əlavə edib krem hazırlayırıq. Listləri uzunsov şəkildə birləşdirib üzərinə krem çəkirik. İçinə kivini yerləşdirib rulet şəklində bükürük və üzərinə selafan çəkib soyuducuya yerləşdiririk. Minimum 30 dəqiqə saxladıqdan sonra soyuducudan çıxarıb servis edirik.
Nuş olsun!