Yetim oğlan qəyyumunu güllələyib  maşınını oğurladı
13 yanvar 2024 17:55 (UTC +04:00)

Yetim oğlan qəyyumunu güllələyib maşınını oğurladı

Krasnodar diyarının Tixoretski rayonunda yeniyetmə qəyyumunu güllələyib və onun avtomobilini qaçırıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 14 yaşlı Mişanın (ad dəyişdirilib) anası dünyasını dəyişib, atası isə özünü asıb. Sinif yoldaşınnı anası olan qonşusu 54 yaşlı Natalya onu himayəsinə götürüb.

Bir gün onlar arasında məişət məsələlərinə görə mübahisə yaranıb. Mişa ov tüfəngini götürərək qadına 3 dəfə atəş açıb. Güllələr onun boynuna və sinəsinə dəyib. Daha sonra o, qadının avtomobilini oğurlayıb, silahla birlikdə yerli qəbiristanlığın arxasına aparıb.

Natalyanın meyiti yaşadıqları evdə yay mətbəxinin döşəməsində tapılıb. Oğlan saxlanılıb və günahını etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4002
avatar

Oxşar yazılar