“Yaponçik”in BÖYÜK QORXUSU  – Sovet “Eskobar”ı sayılan “qanuni oğru” kimdir?
06 fevral 2024 20:15 (UTC +04:00)

“Yaponçik”in BÖYÜK QORXUSU – Sovet “Eskobar”ı sayılan “qanuni oğru” kimdir?

90-cı illərin əvvəllərində “Paşa Tsirul” Sovet İttifaqının ən nüfuzlu oğrularından biri idi.

Onun “yüngül əli” ilə Kolumbiyadan kokainin birbaşa tədarükü təşkil edilirdi və oğrular cəmiyyəti ümumi fonda (“obşak”) nəzarəti ona həvalə etdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tsirul düşmənləri ilə amansız davranırdı. Lakin özü də həbsxanada öldü.

Əsl adı Pavel Zaxarov olan “oğru” kifayət qədər varlı bir ailədən doğulmuşdu. Lakin zənginliyi onun kiçik yaşlarından cinayətkar meyllərinə mane olmadı. O, nənəsinin evindən xırda oğurluqlarla kriminal fəaliyyətinə başlayıb, sonra küçə cinayətlərinə keçib. Artıq 5-ci sinifdə məktəbi tərk etmək qərarına gəldi. Gələcək avtoritet “oğru”luğu o vaxtlar çox məşhur olan cibgir Saşa Şorindən öyrəndi. Tsirul ilk dəfə 19 yaşında həbs edilir. Bu günə qədər onun həmin zaman konkret nə etdiyi bəlli deyil. Bəzi mənbələr onun tramvayda pulqabı oğurlayarkən yaxalandığını iddia edir. Digərləri iddia edir ki, Tsirul avtoritetlərin biri tərəfindən törədilən qətli öz üzərinə götürüb. 1958-ci ildə Zaxarov 10 il müddətinə düşərgəyə göndərilib. Orada administrasiya ilə əməkdaşlıqdan imtina etdi, rejimə qarşı çıxdı və tez-tez intizam həbsində olurdu. Tsirul, taınmış “qanuni oğru” “Vasya Brilliantın” təklifi ilə artıq düşərgədə taclandırıldı. Ona “qanuni oğru” statusu verildi. Davranış problemlərinə baxmayaraq, 3 ildən sonra amnistiya ilə azadlığa çıxıb. Düzdür, o, uzun müddət azadlıqda qala bilmədi, tezliklə düşərgələrdə daha 5 il cəza çəkdi.

“Paşa Tsirul”

İttifaqın ən böyük narkobaronu

Tsirul ikinci cəza müddətini sona qədər, tam çəkir. O, bir də 1967-ci ildə azad edildi. Düşərgədə olarkən isə narkotiklərə aludə oldu. Azad olanda Tsirul bərbər kimi pul qazanmağa çalışdı, lakin tezliklə başa düşdü ki, istədiyi böyük pul ona bu şəkildə gəlməyəcək. O, ətrafına dəstə toplayıb, dələduzluq və narkotik alveri ilə məşğul olmağa başlayıb. Tədricən o, SSRİ-nin ən böyük narkobaronuna çevrildi. 90-cı illərdə onun himayəsi altında mütəşəkkil cinayət qrupu fəaliyyət göstərməyə başlayır. Kolumbiya ilə  kokainin tədarükünə dair sövdələşməyə hazırlaşırdı. Bu iş Tsirulun özü tərəfindən təyin edilmiş köməkçisinin günahı üzündən baş tutmadı. Köməkçi öldürüldü. Edamda Zaxarovun şəxsən iştirak etdiyi barədə şayiələr yayılıb.

“Paşa Tsirul”

Böyük FIRILDAQÇI

90-cı illərdə ölkədə iş adamlarının işi yaxşı gedəndə Zaxarov narkotik ticarətindən imtina etmək qərarına gəlib. Oğruların məclislərindən birində (“sxodka”) o, kriminal cəmiyyət üçün güclü maliyyə bazası yaratmağın yollarını göstərir. Avtoritetlərə bizneslə məşğul olmağı təklif edib. Tsirul özü "parlamamağa" çalışırdı. O, əsas fiqurlardan və üçüncü tərəf şirkətlərindən istifadə edirdi. Tsirulun silahdaşlarını dəstəkləməsi, vəkillər tutması və onların ədalətdən qaçmasına kömək etməsi diqqət çəkir. Bu yolla “qanuni oğru” müxtəlif mütəşəkkil cinayətkar qruplara kömək edərək onlardan yaxşı pul qazanır.

Tezliklə Tsirul şərəfləndirilir – ona “obşak” üzərində nəzarət imkanı verilir. Oğrunun özünün hələ də peşəsinə sadiq qaldığı, vaxtaşırı bəzilərinin cibini təmizlədiyi barədə söz-söhbət gəzirdi. Bir gün bahalı otelə səfərlərdən birində Tsirul bir hörmətli qonağın pul qabını oğurlayır. Orada isə kəşfiyyat üçün lazım olan sənədlər olub. Qonağın özü də casus imiş. Tsirkulun həbsxanaya düşməməsinə yalnız bəxti kömək etdi. O, gizli sənədləri vaxtında kəşfiyyat orqanlarına təhvil verib.

“Yaponçik” ilə qarşıdurma

“Yaponçik”

“Yaponçik” ləqəbli məşhur oğru Vyaçeslav İvankov Tsirulun yaxın dostu idi. Bir dəfə “Yaponçik” azadlığa çıxdıqdan sonra yeni şərtlərə uyğunlaşmaq üçün hətta ondan pul da alıb. “Yaponçik” ABŞ-a köçdükdən sonra hər şey dəyişdi. Əvvəlcə o, Tsirulun xaricdə yaşayan ana və bacısına “obşak”ın hesabına yardım etdiyini dedi. Bundan sonra dedi ki, Tsirul “obşak”ın hesabına özü üçün pul xərcləyir. “Yaponçik” dedikləri ilə bağlı heç bir dəlil göstərə bilmirdi. Amma niyyəti o idi ki, Tsirulun Amerikadakı şirkətlərini ələ keçirsin. O, Tsirula heç nə edə bilmədiyini anladıqdan sonra dəhşətli dərəcədə qorxmağa başlayıb. Tanıyanlar deyirlər ki, Tsirul “Yaponçik”in ən dəhşətli kabusu idi. 1993-cü ildə “Yaponçik”in həyatına qəsd edilib. Şayiələrə görə, bunu Tsirul təşkil edib. Onun bu işdə təqsirinə dair heç bir sübut yox idi, lakin saxlanılması və həbsi üçün əsaslar tapıldı. Və beləliklə 1994-cü ildə həbs olundu.

Tsirula yarım milyon dollara qarşılığında bu aləmdən əl çəkməsi və azad olması üçün təklifi edildiyi barədə şayiələr var. O zaman bu, kosmik məbləğ hesab olunurdu. Oğru isə bundan imtina etdi. 1997-ci ilin yanvarında o, qəfil xəstələnir. Lefortovo həbsxanasının həkimləri deyib ki, ölümün səbəbi narkotik çatışmazlığı olub. Çünki Tsirul narkotik maddələrdən uzun müddət sistemli şəkildə istifadə edirdi.

# 5172
avatar

Cavidan HUN

Oxşar yazılar