Rusiyanın Sankt-Peterburq şəhərində arvadını uşaqlarının gözü qarşısında boğan kişiyə qarşı həbs qətimkan tədbiri seçilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, qətldən sonra intihara cəhd edən kişi xəstəxanadan buraxılıb. Məhkəmə onun istintaq təcridxanasına göndərilməsinə qərar verib.
Xatırladaq ki, hadisə fevralın 27-də Prosveşeniya prospektindəki mənzillərin birində baş verib. Qonşular qadının qışqırtısını eşidib və polisə məlumat veriblər.
Hadisə yerində cütlüyün uşaqları da olub.