ABŞ-da üç yaşlı qız uşağı atasının tapançası ilə iki yaşlı bacısını vuraraq öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı Mişel Tejeda iki qızı ilə birlikdə evdə olub. Bildirilir ki, kişi tapançanı qabından çıxarıb kaminin üstünə qoyduqdan sonra paltar dəyişmək üçün başqa otağa keçib.
Bu zaman üç yaşlı qızı silahı götürüb və təsadüfən iki yaşlı bacısı Maylanın baş nahiyəsinə atəş açıb.
Yaralanan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Qızların atası saxlanılaraq dindirilib. O, böyük qızının silaha maraq göstərdiyini bildiyini və tapançanı nəzarətsiz qoymamalı olduğunu etiraf edib.
Məhkəmə hökmünün iyulun 9-da elan olunacağı gözlənilir.