Tanınmış "qanuni oğru" həbs ediləcək
04 aprel 2024 19:23 (UTC +04:00)

Tanınmış "qanuni oğru" həbs ediləcək

Rusiyada cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda təqsirləndirilən “qanuni oğru” Teko Tbilisskinin qiyabi həbsi tələb edilir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, müvafiq vəsatət Moskvanın Tverskoy Məhkəməsinə daxil olub. Baxış tarixi hələ təyin edilməyib.

Müstəntiqlərin fikrincə, 50 yaşlı kriminal lider 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur. 2015-ci ilin iyununda o, Moskvada saxlanılıb və üzərindən heroin götürülüb. 2018-ci ilə qədər Tbilisski xüsusi rejimli həbsxanalarda olub. Koloniyanı tərk etdikdən sonra o, cinayətkar təsir dairəsini Moskva, Moskva vilayəti və Tatarıstanın müxtəlif islah müəssisələrinə genişləndirib.

Teko azad edildikdən sonra Tbilisski pasportunda adını dəyişərək Yakov Mixayloviç İzmailov olub. 2020-ci ilin martından o, federal axtarışdadır.

# 2946
avatar

Oxşar yazılar