Silahlılardan kəndlərə hücum: 170-ə yaxın adamı  edam edildi
03 mart 2024 19:34 (UTC +04:00)

Silahlılardan kəndlərə hücum: 170-ə yaxın adamı edam edildi

Bir həftə əvvəl Burkina-Fasonun şimalında üç kəndə edilən hücumlar zamanı 170-ə yaxın adam "edam edilib".

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə regional prokuror bildirib.

Yatenqa vilayətinin Komsilqa, Nodin və Soro kəndlərinə naməlum şəxslərin hücumları həyata keçirilib, araşdırmalara başlanılıb.

Burkina-Faso, son on ildə qonşu Malidən yayılan, minlərlə insanın ölümünə və iki milyondan çox insanın evlərini tərk etməsinə səbəb olan “Əl-Qaidə” və İŞİD ilə əlaqəli islamçı zorakılıqlardan əziyyət çəkir.


 

# 4038
avatar

Oxşar yazılar