"Sən kafirsən" deyib bıçağı ÜRƏYİNƏ SAPLADI  – Dindarların DAVASI
22 yanvar 2024 13:05 (UTC +04:00)

"Sən kafirsən" deyib bıçağı ÜRƏYİNƏ SAPLADI – Dindarların DAVASI

Qatil yolda gedərkən tanımadığı gənc kişiyə “sən kafirsən” deyib ürəyindən bıçaqladı. Lent.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində olub.

İzmirdə yolda gedərkən tanımadığı gənci sinəsindən bıçaqlayan şübhəli şəxs həbs olundu. Məlum olub ki, şübhəli şəxs onu öldürməzdən əvvəl bıçaqla hücum etdiyi şəxsə “Sən kafirsən” qışqırıb.

Məlumata görə, dindarlar arasında başlanan dava ətrafda hamını qorxudub. Kameralardan məlum olur ki, o hadisəni törətməzdən əvvəl soyğunçuluq cəhdinə məruz qalıb. Lakin öldürdüyü adamın hadisəyə heç bir aidiyyəti olmayıb. Tanımadığı şəxsin çiynindən tutaraq “Sən kafirsən” deyir.

Qatil A.B.Y. yolla gedirmiş. Medet Ferhan Şengün də mübahisəsi elə yolda düşür. Hadisə böyüyür. A.B.Y yanında olan bıçaqla Şengünün sinəsindən bıçaqlayır. Şengün qanlar içində yerə yıxılır və ətrafda şoka düşən vətəndaşlar təcili yardım çağırırlar. Həkimlər gələnə kimi 33 yaşlı Şengün həyatını itirir.

Gənc kişinin ölməmişdən əvvəl son sözləri belə olub: “Mən kafir deyiləm, yolum Allah yoludur”. Amma buna baxmayaraq qatil bıçağı onun ürəyinə saplayır.

Şübhəli şəxs həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7320
avatar

Cavidan HUN

Oxşar yazılar