Şəhər sakini qvardiyanın hərbçilərini GÜLLƏLƏDİ
09 dekabr 2023 18:26 (UTC +04:00)

Şəhər sakini qvardiyanın hərbçilərini GÜLLƏLƏDİ

Moskva sakini Rusiya Qvardiyasının iki əməkdaşını yaralayıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, zabitlərdən biri yanağından güllə yarası, ikincisi başından tangensial yara alıb. Münaqişə gecə saatlarında Tvardovski küçəsində baş verib. Mübahisə zamanı naməlum şəxs travmatik tapança ilə rəqiblərini yaralayaraq hadisə yerindən qaçıb.

Məlumata görə, hadisə başverən vaxt Rusiya Qvardiyasının əməkdaşları xidmətdə olmayıblar. Hazırda araşdırma aparılır.

# 3486
avatar

Oxşar yazılar