"Qanuni oğru" "tac"ından imtina edib
03 dekabr 2024 15:26 (UTC +04:00)

"Qanuni oğru" "tac"ından imtina edib

Rusiyada məşhur “qanuni oğru” Paramon (əsl adı Yuri Paramonov) kriminal mövqeyindən imtina etməsi barədə bəyanat yazıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun oğru ənənələrindən əl çəkdiyi müvafiq kağız Paramonovun cəza çəkdiyi düşərgənin rəisinə təhvil verilib. Maraqlıdır ki, hadisə 2002-ci ildə baş versə də, məlumat yalnız indi açıqlanıb.

“Mən saxlanma rejiminə ciddi əməl edəcəyəm və cəzaçəkmə müəssisəsində asayişin qorunmasına kömək edəcəyəm”, - bəyanatda deyilir.

Məlumdur ki, Paramonov Serpuxovda “qanuni oğru” kimi kriminal bos Aleksey Zabavin tərəfindən "taclandırılıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Oxşar yazılar