Kemerovo vilayətinin Yaşkinski rayonunda ziyafət zamanı arvad sevgilisi ilə birgə ərini öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumata görə, qətl noyabrın 1-də Litvinovo stansiyasının kəndində yerləşən evdə baş verib. Orada zorakılıqla ölüm izləri olan 47 yaşlı yerli sakinin meyiti tapılıb.
Mərhumun meyitində baş və boyun nahiyəsində xəsarətlər olduğu müəyyən edilib. Mərhumun ayaqları və qolları da bağlanıb. Polis cinayətdə qətlə yetirilən şəxsin 28 yaşlı həyat yoldaşı və onun 35 yaşlı tanışının əli olduğunu müəyyən edib. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Polis idarəsindən verilən xəbərə görə, məlum olub ki, cütlük bu yaxınlarda boşanmaq üçün ərizə verib. Qadın başqa kişi ilə yaşayıb. Qətl günü o, yeni partnyoru ilə əşyaları almaq üçün ərinin evinə gəlib. Spirtli içki qəbul edərkən onların arasında münaqişə yaranıb, nəticədə qadın tanışı ilə qətl törədib.