Puşkinin nəslindən  olan kişini güllələyib qarət etdilər
02 iyun 2026 18:13 (UTC +04:00)

Puşkinin nəslindən olan kişini güllələyib qarət etdilər

0

Rusiyada Aleksandr Puşkinin ana xətti üzrə nəvələrindən biri Qraf Andrey De Torbi quldurluğa məruz qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə o, polisə müraciət edib.

Hadisənin İzmaylovski Parkında baş verdiyi bildirilir. De Torbinin sözlərinə görə, ona iki nəfər hücum edib. Şübhəlilər ona tapançadan atəş açıblar, güllə sol bud nahiyəsinə dəyib. Bundan başqa, cinayətkarlar 80 min rubl dəyərində smartfonu oğurlayıb, onun üz nahiyəsinə xəsarətlər yetiriblər.

Hadisədə şübhəli bilinən 23 yaşlı Ruslan Şeyx və 26 yaşlı Solomon İzrailov artıq saxlanılıb. Onlara qarşı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar