Oteldə arvadının boğazını kəsib   öldürdü
15 noyabr 2023 17:28 (UTC +04:00)

Oteldə arvadının boğazını kəsib öldürdü

Türkiyədə oteldə qadın qətlə yetirilib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbul şəhəri Fateh adlanan ərazidə qeydə alınıb. Buradakı otellərdən birində 26 yaşlı İngiltərə vətəndaşı olan qadın Ayan Mohomed Dhobanın üzərində zorakılıq izləri olan meyiti tapılıb.

Kamera görüntülərinə baxış nəticəsində qadının əri 28 yaşlı Ahmed Y.M. saxlanılıb. O, ifadəsində vintaçanla arvadının boğazını kəsərək onu öldürdüyünü etiraf edib. Şübhəlinin sözlərinə görə, arvadı ona narkotik maddə təklif edib. Lakin Ahmed bunu rədd edib və aralarında münaqişə yaşanıb. Bu zaman kişi özündən çıxaraq arvadını vintaçanla öldürüb. Daha sonra aləti tualetdə gizlədib.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5619
avatar

Oxşar yazılar