Öldürüldüyü deyilən "qanuni oğru"  sağ imiş - VİDEO
21 avqust 2024 16:32 (UTC +04:00)

Öldürüldüyü deyilən "qanuni oğru" sağ imiş - VİDEO

Qırğızıstanda mütəşəkkil cinayətkarlığın lideri və respublikanın ilk “qanuni oğru”su “Kolya Qırğız” sağdır.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, qırğız diasporunun nümayəndələri belə iddia ediblər. Əfsanəvi mafiya başçısının 2023-cü ildə həbs olunarkən güllələndiyi barədə mediada məlumatlar yayılıb. Ötən gün isə Sankt-Peterburqda Kamçibek Kolbayevə hədsiz dərəcədə bənzəyən bir adam görünüb.

Həmin adam hələ yayın ortalarında diqqət çəkib. Onun haqqında məlumat əvvəlcə diaspora, sonra isə Qırğızıstan Respublikasının xüsusi xidmət orqanlarına çatıb. Güman edilən “Kolya Qırğız” bir qədər yaşlı və arıqdır. Sankt-Peterburqun Mərkəzi rayonunda kimsə ilə söhbət edir. Sonra maşına minib uzaqlaşır.

Rəsmi məlumata görə, “qanuni oğru” 2023-cü il oktyabrın 4-də həbs olunarkən Bişkek xüsusi təyinatlıları tərəfindən öz restoranında öldürülüb. Atışma zamanı həm avtoritet, həm də onun mühafizəçiləri həlak olub. “Kolya Qırğız” Qardaşlıq Dairəsi qrupundandır. Yaponçik və Ded Xasan 2008-ci ildə Moskvada keçirilən görüşdə onu Qırğızıstan üzrə “nəzarətçi” təyin ediblər. Respublikanın əsas “oğru”su rüşvətxorluq və insan alveri ilə məşğul olub və 2012-ci ildə dünyanın ən böyük narkobaronları siyahısına düşüb. Kolbayevin mirası milyard dolları ötür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar