Oğlu məktəb direktoronu və ailəsini balta ilə öldürüb - PROKURORLUQ
13 fevral 2024 18:22 (UTC +04:00)

Oğlu məktəb direktoronu və ailəsini balta ilə öldürüb - PROKURORLUQ

Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, qətlə yetirilən B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14772
avatar

Oxşar yazılar