Dünən saat 12 radələrində Mingəçevir şəhərində 36 yaşlı Anar Abdullayev yeniyetməni döyərək xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.