Məşhur kriminal avtoritet "qanuni oğru" adını İNKAR ETDİ
06 avqust 2024 14:47 (UTC +04:00)

Məşhur kriminal avtoritet "qanuni oğru" adını İNKAR ETDİ

Rusiyanın Kursk vilayətində əvvəllər “qanuni oğru” olduğunu etiraf edən məşhur kriminal avtoritet Viktor Panyuşin gözlənilmədən kriminal mühitlə heç bir əlaqəsinin olmadığını bildirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Panyuşin məhkəmədə özünü "təqaüdçü" adlandırıb. Onun maraqlarını bir anda iki vəkil müdafiə edib. Viktor Panyuşin məhkəmədə kriminal mühitlə heç bir əlaqəsinin olmadığını iddia edib.

Lakin 2023-cü ilin dekabr ayının sonunda Viktor Panyuşin hüquq-mühafizə orqanlarına ifadəsində və “Prime Crime” xəbər agentliyi tərəfindən dərc edilmiş qısa müsahibəsi zamanı “qanuni oğru” olduğunu açıq şəkildə etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Mehman Nəbiyev

Oxşar yazılar