İşçilər müdiri vəhşicəsinə öldürüb meyiti yandırdılar
01 dekabr 2023 15:21 (UTC +04:00)

İşçilər müdiri vəhşicəsinə öldürüb meyiti yandırdılar

Amur vilayətində arıxana sahibi və onun köməkçisi öldürülüb. Hadisə yerindən onların yanmış cəsədləri tapılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, arıxana Arxarinski rayonunun Kundur kəndi yaxınlığında yerləşir. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər arıxanada işləyiblər. Noyabrın 17-də sərxoş vəziyyətdə sahibkarın evindən pul və silah oğurlayıblar.

Quldurlar onlarla birlikdə arıxanada işləyən 66 yaşlı işçini güllələyib və 65 yaşlı sahibkara hücum ediblər. Daha sonra cinayətkarlar avtomobillə qaçmaq qərarına gəliblər, lakin idarəetməni itirərək dərəyə düşüblər. 

Onlardan biri Arxara kəndinə qaçıb, ikincisi isə qayıdıb və arıxananın sahibinin hələ də sağ olduğunu aşkar edib. Onu balta ilə öldürüb, evi yandırıb və gözdən itib.

Faktla bağlı cinayət işi açılıb, hər iki şəxs saxlanılıb. Təqsirləndirilən şəxsin oğurlanmış əmlakı müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8046
avatar

Oxşar yazılar