İranda QƏTLİAM:  Bir ailənin 12 üzvü öldürüldü
17 fevral 2024 13:10 (UTC +04:00)

İranda QƏTLİAM: Bir ailənin 12 üzvü öldürüldü

İranda ailə münaqişəsi zamanı 12 nəfər öldürülüb, 3 nəfər yaralanıb.

Lent.az MOUZE teleqram kanalına istinadla bildirir ki, hadisə Kerman vilayətinin cənubunda qeydə alınıb. Ailə münaqişəsi zəminində bir ailənin 12 üzvü avtomatla güllələnərək öldürülüb, 3 nəfər isə yaralanıb. Hadisənin motivləri məlum deyil.

Ölənlər arasında bir neçə uşaq və qadın da var. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər aparılır.

 

# 4806
avatar

Oxşar yazılar