Həbsdən çıxan pedofil 4 gün sonra  yeniyetməni zorladı
16 dekabr 2023 19:58 (UTC +04:00)

Həbsdən çıxan pedofil 4 gün sonra yeniyetməni zorladı

Kirovda koloniyadan azad edilən şəxs 4 gün sonra yenidən uşağa təcavüz edib. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə dekabrın 12-də baş verib. O, məktəbdən evə qayıdan 13 yaşlı qızı izləyib. Cinayətkar dəmiryol relslərinin yaxınlığında uşağa çatıb. Məktəbli qız onun arxasınca gələn kişinin qabağa keçməsi üçün dayanıb. Bu zaman kişi qızı tutub başına iki dəfə vurub və öldürməklə hədələyərək qaraj kooperativinə aparıb. Orada kişi yeniyetməni zorlayıb.

Təcavüzkarın həbsindən sonra onun cəmi dörd gün əvvəl sərbəst buraxıldığı məlum olub. O, analoji cinayətə görə 29 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsi (“14 yaşına çatmamış şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri”) ilə cinayət işi açıb. Cinayətkarı 12 ildən 20 ilə qədər həbs gözləyir.

# 6279
avatar

Oxşar yazılar