Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Gəncə şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı, 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.
***
saat 17:07
Gəncədə güllələnmə hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.
Hadisənin "VAZ-2106" markalı minik maşınında baş verdiyi bildirilir.
Avtomobildə olan bir nəfər digərinə atəş açıb, daha sonra maşın yoldan çıxaraq aşıb.
Bir nəfərin öldüyü bildirilir.