Dostunu döydü, arvadını zorlayıb öldürdü
16 yanvar 2024 14:40 (UTC +04:00)

Dostunu döydü, arvadını zorlayıb öldürdü

Ulyanovskda kişi tanışını döyüb, arvadını isə zorlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın məlumatına görə, 2023-cü il iyulun 2-də təkrar cinayət törədən 47 yaşlı şəxs tanışını döyərək qabırğasını sındırıb. O, ölümlə hədələyərək dostunun arvadını zorlayıb və bədəninin müxtəlif hissələrinə 40-dan çox zərbə vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Təkrar cinayət törədən şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə Ulyanovsk vilayətinin sakinini 13 il müddətinə ciddi rejimli koloniyada cəzaçəkmə müəssisəsinə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4983
avatar

Oxşar yazılar