Dosent qızını və qayınanasını öldürüb intihar etdi
24 yanvar 2024 15:42 (UTC +04:00)

Dosent qızını və qayınanasını öldürüb intihar etdi

Türkiyədə ailə faciəsi yaşanıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İzmir şəhərinin Bornova qəsəbəsində baş verib. Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən universitet müəllimi dosent 38 yaşlı Yusuf Yılmaz boşanma ərəfəsində olduqları arvadı müəllim olan dosent 38 yaşlı Derya Uzelli Yılmazın evinin önünə gəlib.

Kişi burada avtomobildən enən 4 yaşlı Lindaya, qayınanası Dilek Uzelli və arvadı Deryaya atəş açıb. Nəticədə qızı və qayınanası ölüb. Daha sonra Yusuf Yılmaz eyni silahla başından atəş açaraq intihar edib.

Yaralı qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5211
avatar

Oxşar yazılar