Dələduzluq edən ana və oğul
02 aprel 2021 13:25 (UTC +04:00)

Dələduzluq edən ana və oğul

Dələduzluq edən falçı ana və oğuldan YENİ XƏBƏR

Bakıda külli miqdarda dələduzluq etdiyi üçün həbs olunan ana-bala - İbrahimova Lalə Saleh qızı və onun oğlu Əlizadə Hüseyn Qağaməli oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Lent.az xəbər verir ki, ana və oğulun apelyasiya şikayətinə aprelin 7-də, Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, adı çəkilən şəxslər cindarlıq və falçılıqla məşğul imiş Bu fəaliyyətlə onların 13 nəfərə qarşı külli miqdarda dələduzluq etdiyi bildirilir.

İstintaqla sübut olunub ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə Rübabə Agayevaya qarşı 216850 manat, Namət Səfərova 133820 manat, Rahim Dostməmmədova 115000 manat, Xanlar Mazanova 99000 manat, Adil Balayevə 16732 manat, Rafael Hüseynova 7200 manat, Rafiq Rəsulova 8300 manat, Rəna Şirlzadəyə 31804 manat, Qızxanım 5550 manat, Saleh və Samirə Xəlilovlar 17450 manat, Röya Səfərova 37375 manat ziyan vurub. Onların vurduğu ziyan ümumilikdə 689 min manatdan çoxdur.

Onu da bildirək ki, 216 min manatdan artıq pulu havaya sovrulan R.Ağayeva tanınmış məmurun həyat yoldaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il sentyabr ayında baş tutan məhkəmə prosesi zamanı ana və oğula 7 il həbs cəzası verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Mehman Nəbiyev

Oxşar yazılar