Daşkəsəndə ŞOK: Gənc oğlan 65 yaşlı qadını  zorladı
31 mart 2026 13:23 (UTC +04:00)

Daşkəsəndə ŞOK: Gənc oğlan 65 yaşlı qadını zorladı

0

Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, qeyd olunan müraciət üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar